XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 08:55

NATO baş katibiTürkiyənin baş naziri ilə görüşəcək

nato

NATO-nun baş katibi Yens Stoltenberq martın 7-də Brüsseldə Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək. 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.  

NATO hələlik aparılacaq danışıqların mövzusunu açıqlamır, lakin “TASS”-ın əldə etdiyi məlumata görə, söhbət miqrasiya vəziyyətindən və Alyansın Egey dənizində miqrasiyanın monitorinqi ilə bağlı apardığı əməliyyatdan gedəcək. Belə ki,NATO-nun İkinci Hərbi-Dəniz Qrupunun tərkibindəki gəmilərin Türkiyənin ərazi sularına buraxılmasına dair məsələnin müzakirə olunacağı gözlənilir.     

Davudoğlu Alyansın baş katibini martın 7-də Brüsseldə miqrant axını problemi ilə bağlı baş tutacaq Aİ liderləri ilə sammitin nəticələri barədə məlumatlandıracaq.