XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 00:03

Koronavirusa qarşı bütün tibbi ləvazimatlar var –Hökumət

“Azərbaycanda epidemiyaya qarşı bütün tibbi ləvazimatlarımız var”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

“Zəruri olan hər şey təmin edilib. Sadəcə olaraq ölkəmizdə vəziyyət qabaqlayıcı tədbirlərin nəticəsində başqa ölkələrdən qat-qat yaxşıdır. Bizdə koronavirus pandemiya deyil, pandemiya dünyaya aiddir”.