XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 12:30

Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı- Operativ Qərargah

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “Report”a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.