XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 15:34

İran Azərbaycana təşəkkür etdi- Koronavirusla mübarizədə yardımına görə

İranın Xarici İşlər Nazirliyi Azərbaycan və digər dövlətlərin koronavirusla mübarizədə bu ölkəyə yardımlarına görə təşəkkür edib. 

İran XİN sözçüsü Abbas Musəvi  öz tvitter səhifəsində bildirib ki, İran xalqı və dövləti heç vaxt ağır günlərdəki dostlarını umutmayacaq.

Abbas Musəvi deyib ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin telefon danışıqları, digər ölkələrdəki səfirliklərinin səyi ilə Azərbaycan, Çin, Türkiyə, BƏƏ, Almaniya və Britaniya, eləcə də Qətər və Rusiyadan yardımlar alıb.