XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 19:25

Azərbaycanda məktəblilər və tələbələr üçün “School Bus” xidməti olacaq- BNA-dan yeni layihə

Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblər tıxacın qarşısını almaq üçün layihə icra edəcək.

“Report” xəbər verir ki, bu barədə BNA-nın rəsmi nümayəndəsi Coşqun Məmmədov “AVTO FM” radiosunun efirində bildirib.

Onun sözlərinə görə, şagirdlərin valideynləri tərəfindən şəxsi nəqliyyat vasitələri ilə məktəblərə gətirilməsi və parklanma qaydalarına riayət edilməməsi kimi səbəblər məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur: “Biz beynəlxalq təcrübəyə müraciət etsək görərik ki, nəqliyyat sahəsində inkişaf etmiş ölkələrdə “School Bus” deyilən anlayış var. Bu, şəhərin müəyyən nöqtələrindən tələbələrin və şagirdlərin yığılaraq təhsil ocaqlarına çatdırılmasına xidmət edir. BNA “School Bus” layihəsinin Azərbaycanda tətbiqi ilə bağlı layihə üzərində işləyir və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Artıq bu istiqamətdə marşrutlar və marşrut xətlərinin hansı ərazilərdən keçməsi müəyyənləşdirmək üzrədir”.

C.Məmmədov qeyd edib ki, layihənin böyük hissəsi görülüb.