XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 09:06

“Türkiyədən Azərbaycana qayıtmaq istəyən şəxslər üçün çarter reyslər ayrılacaq” –Qərargah

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq.

Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.