XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 13:43

“Türkiyə ilə Gürcüstan arasında uçuşlar dayandırılır” –Gürcüstan XİN-dən bəyanat

Türkiyə və Gürcüstan koronavirusla mübarizə tədbirləri çərçivəsində qarşılıqlı uçuşların dayandırılması barədə ortaq razılığa gəlib.

Gürcüstanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanata əsasən məhdudiyyət martın 20-dən tətbiq ediləcək.

 Qeyd edək ki, martın 14-dən etibarən Sarp gömrük keçid məntəqəsi ilə qarşılıqlı səfərlər məhdudlaşdırılıb. Məhdudiyyətin yük daşımalarına şamil olunmayacağı açıqlanıb. /APA