XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2020 - 15:14

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi –Tokayev əmr imzaladı

Koronavirusun yayılması səbəbindən Qazaxıstanda fövqəladə rejim tətbiq olunub.

Bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev əmr imzalayıb.

“Vətəndaşların həyatını və sağlamlığını qorumaq məqsədilə ölkənin bütün ərazilərində 16 mart saat 08:00-dan 15 aprel saat 07:00-a qədər fövqəladə vəziyyət elan olunsun”, – əmrdə bildirilib.

Eyni zamanda fövqəladə rejimin tətbiq olunması məqsədilə prezident yanında dövlət komitəsi də yaradılıb. /Azpolitika.info