XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

16 Mart 2020 - 12:30

“Türkiyənin bu gücünü görən həm özünü, həm də ətrafını xilas edər”- Sevil Nuriyevanın TƏHLİLİ

Sevil NURİYEVA İSMAYILOV,

Star.com.tr

 

Ağır sınaq dönəmindən keçən dünyanın yeni bir “istehsalçı düşüncəyə” ehtiyacı var. İndiyə qədərki müstəmləkə xarakterli bütün yanaşmaların qalıcı çözüm gətirmədiyini, əksinə, bumeranq effekti ilə müstəmləkə krallarını da vuracağını açıq şəkildə görürük.

Bir virus vaqiəsi ilə yaranan mənzərə belə, bizə dünyanın ortaq ağıl “istehsalına” ehtiyac duyduğunu izah edir.

Ümid edirəm, bu qədər qan, bu qədər acgözlük, özündən başqasına həyat haqqının tanınmaması kimi anlayışların heç bir şey vəd etmədiyini başa düşmək zərurəti yaradacaq.

Qərb, bu qədər gözardı etdiyi, istismar edib tərk etdiyi, istismarını davam etdirdiyi cəmiyyətlərə və insanlara yuxarıdan aşağı baxmaq əvəzinə, onların bu vəziyyətlərinin böyük fəlakətlərə səbəb olacağını görsəydi, problemin kökündə özünün dayandığını anlayardı.

İndi ortaya çıxan mənzərəyə bir az da mənəvi aspektdən baxaq.

Dünyanı sarsıdan koronavirus epidemiyası səbəbiylə Qərbin hər şeyə qadir olduğunu düşünən dövlətlərinin necə “sinifdə qaldığına”, pulu çox olduğu üçün yeni iqtisadi güc kimi meydana çıxan Çinin çarəsizliyinə, Yaxın Şərqdə – İslam coğrafiyasında daim fitnə yaradan İranın necə gücsüz olduğuna şahidlik edirik.

İstismar etdikləri ölkələrin onların sərhədlərinə gələn və və yardım istəyən vətəndaşlarına böcək kimi baxan Yunanıstanın da, əslində, qədim mədəniyyətin davamçısı olmadığını görürük. İndi koronavirusa görə qapıların bağlanmasının necə bir çarəsizlik olduğunu özləri başa düşmüş olacaq.

Dəniz sularında qayıqlarını batırdıqları qaçqın və köçkünləri mikrob kimi görən zehniyyət indi özü ABŞ-ın sərhədləri bağlaması qərarı ilə qarşılaşıb. Bu, dərs almaq istəyənlər üçün bir ibrətdir.

Türkiyə hər böhran dövründə güvənin, hüzurun və ədalətin ortaq nöqtəsi olduğunu sübut edir. Bunu görməməkdə israr edənlərə sağlıq və şəfa dələyirik.

Əlbəttə ki, olaya sadəcə mənfəət nöqteyi-nəzərindən baxanların Türkiyənin əvvəl regional, sonra qlobal miqyaslı problemlərin həllinə necə səy göstərdiyini anlaması asan olmayacaq!

Qana göz yuman və bu qanın axıdılmasına ortaqlıq edən, Əsəddən imtina etsə, genişlənməsi əngəllənəcək narahatlığı keçirən Rusiyanın, insanlıq suçunda iştirak edən İranın, yeganə qayğısı neft və İsrailin təhlükəsizliyi olan ABŞ-ın, bölgədən çıxmaq istəməyən və buranı atasının ferması sayan Fransanın, nə bu bölgənin, nə də dünyanın yaxasından düşən İngiltərənin, yeni iqtisadi güc olaraq ortaya çıxan və müsəlman vətəndaşlarına yaşam haqqı tanımaq istəməyən Çinin bir virusun əlində necə əsir olduğunu anlamaq üçün bəşər övladı məsələyə bir qədər mənəvi aspektdən baxmalıdır.

Türkiyənin hər mövzuda rasional mövqeyi, kimsəni yox saymadan, həqiqətin yanında olma səyləri, vicdan və mərhəmət duyğusunun siyasətə əks olunmasından qürur duyan bir dünyagörüşü var. Dünya bütün bunlara ehtiyac duyur.

Çünki tərəzi yalnız qan, neft, pul sevənlərin, mənfəətpərəstlərin daşları ilə ölçərsə, nə dünyanın, nə də insanların bir əhəmiyyəti qalar. Türkiyə həm regional, həm də qlobal problemlərin həllində vicdanı təmsil edir. Tərəzinin vicdanı təmsil edən daşa ehtiyacı var. Hətta bu virus belə, dünyanın bu vicdan və mərhəmət daşına ehtiyac duyduğunu göstərir – təbii ki, görmək istəyən varsa. Görə bilən həm özünü, həm də ətrafını xilas edər.

Eynilə bu virus kimi. Yoluxmamaq üçün maksimum fərdi səy tələb olunur. Əks təqdirdə, dünya hətta bir ağcaqanaddan təsirlənər və pulgir cahillərə bu mülkün sahibinin kimi olduğunu təkrar-təkrar göstərər.

Həlak edilən cəmiyyətlərin aqibətini görmək, anlamaq bizə seçimlərimizin rəngini və formasını izah edir. Türkiyənin problemə həll yolu tapmaq qabiliyyəti regional problemlərin qlobal olmamasını təmin edir. Əgər dinləyən olsa, müsbət nəticələrini yalnız Türkiyə deyil, bütün dünya görər…

Tərcümə Strateq.az-ındır

Mətnin orijinalı bu linkdə: https://www.star.com.tr/yazar/