XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 12:15

Yaponiyada azərbaycanlılar üçün “qaynar xətt” yaradıldı –Səfirlik

Azərbaycanın Yaponiyadakı səfirliyi koronavirusla əlaqədar “qaynar xətt” yaradıb.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

“Qaynar xətt” Azərbaycanın Yaponiyada müvəqqəti və daimi yaşayan vətəndaşlarına lazımı köməkliyin və dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Səfirliyin əməkdaşı Fərid Talıbov bu iş üzrə məsul şəxs təyin olunub. Onunla +8170-3844-2000 nömrəli telefonla və [email protected] elektron poçt vasitəsilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Yaponiyada indiyədək koronavirusa 839 yoluxma faktı qeydə alınıb. 22 nəfər koronavirusdan ölsə də, 144 nəfər sağala bilib.