XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 21:12

“Kürdə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır” –Baş hidroloq

“Yağıntıların olmaması ilə əlaqədar Kürdə suyun səviyyəsində tədricən azalma müşahidə olunur. Keçən illə müqayisədə Kür çayının səviyyəsi Sabirabad rayonu məntəqəsində 7 sm, Salyan məntəqəsində 28 sm, Neftçalada 22 sm aşağıdır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib. O qeyd edib ki, Kür çayı axının yuxarı hissəsində Gürcüstandan gələn hissəsində 4 sm aşağı düşüb: “Qış aylarında xüsusən mart ayında Kür çayının aşağı axınında səviyyənin aşağı olması əvvəlki illərdə də müşahidə olunub. Yəni bu müvəqqəti haldı. Son aylar dağlıq  ərazilərdə yağıntı qar şəklində yağdığı üçün çaylarda qış dövrünə xas olan az sululuq müşahidə olunur. Yəni bu proses müvəqqəti xarakterli olduğu üçün aprel ayından başlayaraq çaylarda gursululuq dövrü baş verəcək. Dağlıq ərazilərdə qar tədricən əriyir, yağışlar mövsümü başlayır və bununla əlaqədar çaylarda gursululuq dövrü müşahidə olunacaq. Aprel ayından başlayaraq artıq həm Kürdə və həm digər ora tökülən qollarda suyun səviyyəsinin qalxması ilə əlaqədar ərazidə də suyun səviyyəsinin artması gözlənilir. Amma təhlillər onu göstərir ki, Kürün məntəqələrində keçən illə müqayisədə suyun səviyyəsi bir qədər aşağıdır”.

Qeyd edək ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi Mil-Muğan bölgəsində pambıq sahələrinin, taxıl və yoncanın suvarılmasında problemlər yaradıb. Kürdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən çayın üzərində qurulan nasos qurğuları vasitəsi ilə suyun nəqli çətinləşib. Sabirbad ərazisində fəaliyyət göstərən 130 su nasos qurğularında suyun nəqlində problemlər yaşanıb. Eyni mənzərə Salyan, Neftçala, Saatlıda da müşahidə olunur. (apa)