XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 23:02

“Azərbaycan diaqnostik kitləri əldə edən ilk dövlətlərdən biridir” – TƏBİB sədri

“Koronavirus infeksiyasının 14 gün inkubasiya dövrünün olması, sürətlə yayılması bir qədər həyəcan doğururdu. Biz tədbirlərimizi müvafiq qaydalara uyğun apardıq”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Qurum rəsmisi qeyd edib ki, Azərbaycan diaqnostik kitləri əldə edən ilk dövlətlərdən biridir:

“Bundan başqa biz müasir tələblərə uyğun tam avtomatlaşdırılmış laboratoriyaların qurulması ilə məşğul olduq. Bu laboratoriyalarda biz gün ərzində 5 mindən çox insanı qəbul etmək imkanına malikik”.