XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 09:09

Fransa Prezidenti:"Bu gün saat 12.00-dan Avropa İttifaqı sərhədlərini bağlayır"

17 mart, yerli vaxtla saat 12.00-dan etibarən, Avropa İttifaqı sərhədlərini bağlayır.

Bunu Fransa Prezidenti Emmanuel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciətində deyib.

E. Makron Avropa İttifaqına və Şengen zonasına giriş-çıxışın 30 gün müddətində dayandırıldığını bəyan edib.

Belə ki, Şengen dövlətləri sərhədlərini bütün xarici ölkə vətəndaşları üçün bağlayacaq və bütün gəliş-gedişlər dayandırılacaq.

E.Makron bildirib ki, Avropa İttifaqı dövlətlərindən olmayan xarici ölkə vətəndaşlarının isə öz ölkələrinə qayıtması üçün lazımi şərait yaradılacaq.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə virusa yoluxanların ümumi sayı 6 633-ə, ölənlərin sayı isə 148-ə çatıb/Report.