ABŞ-da koronavirusdan ölənlərin sayı 85 nəfərə çatıb.
Məlumatı “Ahaber” yayıb.
Bildirilib ki, Qərbi Virciniya ştatı istisna edilməklə ölkədə virusa yoluxanların sayı 4 661 nəfərə çatıb.
Qeyd edək ki, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edilir. ABŞ Prezidenti Donald Tramp ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözlədiklərini bildirib/Report.