XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 16:04

Kristian Lindmayer:"ÜST-nin əməkdaşları koronavirusa yoluxub"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.

“Reuters” xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib.

“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. İki əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, – o deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb/Report.