XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2020 - 15:22

Çində yeni koronavirusa qarşı 8 dərman vasitəsi hazırlanıb –Sınaqlar keçirilib

Çində indiyədək COVID-19 virusunun müalicəsi üçün 8 peyvənd dərmanı hazırlanıb.

TASS xəbər verir ki, bu barədə Çin Tibbi Elmlər Akademiyası Laboratoriya Heyvanları İnstitutunun əməkdaşı brifinqdə bildirib.

Geni dəyişdirilmiş siçan və makaklar üzərində aparılan sınaqlar nəticəsində həmin dərmanlardan bəzilərinin səmərəli olduğunun artıq sübuta yetirildiyi qeyd olunub.

Brifinq zamanı ölkənin Təhsil Nazirliyinin Elm və texnologiya departamentinin direktoru Lei Çaoci ali məktəblərdə hazırlanan dərmanların tezliklə klinik sınaqlarına başlayacağının gözlənildiyini diqqətə çatdırıb/Report.