Beynəlxalq Valyuta Fondu (BFV) Çin yuanını rəsmi olaraq beynəlxalq ehtiyat valyutası kimi tanıyıb.
Strateq.az azertağ-a istinadən xəbər verir ki, bu barədə BVF-in məlumatında bildirilir.
Qurumun Direktorlar Şurası BVF-yə üzv ölkələrinin valyuta ehtiyatlarının tərkibinə dair rüblük hesabatlarına ABŞ dolları, avro, Yaponiya iyeni, Britaniya funt-sterlinqi, İsveçrə frankı, Avstraliya dolları və Kanada dolları ilə birlikdə Çin yuanının ayrıca sətirlə əlavə edilməsi barədə qərar qəbul edib.
Qərar 2016-cı ilin oktyabrın 1-dən qüvvəyə minəcək. Eyni zamanda, yuan ABŞ dolları, avro, iyen və funt-sterlinqlə birgə BVF-nin ehtiyat valyutaları səbətinə daxil edilir.