XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2020 - 15:26

İranda koronavirusdan ölənlərin sayı 1300-ə çatır –Son durumla bağlı açıqlama

İranda daha 149 nəfər koronavirusun qurbanı olub.

IRNA xəbər verir ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə infeksiyadan ölənlərin sayının 1 284 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 046 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 18 407 nəfərə çatıb.

K.Cahanpur həmçinin 5 979 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb/Report.