XƏBƏR LENTİ

01 Aprel 2020

Digər Xəbərlər

19 Mart 2020 - 17:09

Prezident daha bir dəyişikliyi təsdiqlədi:internetdə qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Strateq.az xəbər verir ki, Məcəlləyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 mnatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nzəərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək.