XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2020 - 21:42

Ölkədə olan əcnəbilərin müvəqqəti qeydiyyatı necə uzadılacaq? –Miqrasiya Xidməti açıqlama yaydı

Dövlət Miqrasiya Xidməti (DMX) Qəbul şöbələrinin (bölmələrinin) bəzi xidmətlərlə bağlı fəaliyyətinə dair elan paylaşıb.

Strateq.az Xidmətə istinadla bidirir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, Xidmətin Qəbul şöbələrində (bölmələrindən) çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə hazırda bir sıra xidmətlər, o cümlədən əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama icazələrinin alınması (uzadılması)  yalnız elektron qaydada (https://eservice.migration.gov.az) həyata keçirilir:

“Lakin bəzi regionlarda əcnəbilərin elektron xidmətlərdən istifadə imkanlarının olmaması səbəbindən elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilmirlər. Bu hallarda əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması və müvəqqəti yaşama icazələrinin alınması (uzadılması)   ilə bağlı 20-28 mart 2020-ci il tarixdə Xidmətin regional miqrasiya idarələri  (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) üzrə Qəbul şöbələrinə (bölmələrinə) sənəd qəbulu yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək.

Əvvəlcədən yazılmaq üçün əlaqə nömrələri:

• Şirvan regional miqrasiya idarəsi: (021) 215-71-23

• Şəki  regional miqrasiya idarəsi: (024) 245-21-28

• Gəncə regional miqrasiya idarəsi: (022) 265-19-29

• Lənkəran regional miqrasiya idarəsi: (025) 252-62-83

• Xaçmaz  regional miqrasiya idarəsi: (023) 325-60-19

• Ağsu  regional miqrasiya idarəsi: (077)  444-08-84

• Yevlax  regional miqrasiya idarəsi: (022) 337-82-05

Digər hallarda isə əcnəbilərin Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaları xahiş olunur. Əlavə olaraq bildirilib ki, rüsum vaxtında ödənildikdən sonra əcnəbilər tərəfindən hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır.