XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2020 - 20:42

Rusiyalı alimlər koronavirusun genomunu deşifrə ediblər- “Təbii mənşəli” imiş

Rusiyada Smorodintseva adına Elmi-Tədqiqat İnstitutunun alimləri koronavirusun genomunu deşifrə ediblər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, artıq onlar effektiv vaksin və dərman hazırlanması üçün zəruri olan məlumatlar əldə ediblər.

“Araşdırmalar virusun təbii mənşəli olduğunu – heyvanlardan və yenə də yarasalardan yarandığını təsdiqləyir. Beləliklə, hansısa qəsdli addımın olmadığına bir daha əmin oluruq”, – İnstitutunun rəhbəri Dmitri Lioznov deyib.

Araşdırma nəticəsində əldə edilən məlumatlar SARS-CoV-2 koronavirusunun qlobal təkamülünü izləmək üçün ÜST və dünyanın aparıcı tədqiqat qrupları tərəfindən istifadə edilən beynəlxalq EpiCoV GISAID verilənlər bazasına köçürülüb.

Bundan əvvəl braziliyalı alimlər koronavirusun genomunu deşifrə etdiklərini açıqlamışdılar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 227 min nəfəri keçib. 9 303 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.