XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2020 - 10:09

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!⠀

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!⠀

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”