XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2020 - 12:11

“Neftin qiyməti bu ilin sonuna qədər 60 dollara çata bilər”- “Rosneft”in rəhbəri

“Dünya neft bazarında yaranmış vəziyyət ABŞ-ın şist neft istehsalçılarını tədricən müflis edəcək. Bunun nəticəsində bazarda yenidən tarazlıq yarana və neftin 1 barelinin qiyməti bu ilin sonuna qədər 60 ABŞ dollarına çata bilər”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın dövlət neft şirkəti – “Rosneft”in rəhbəri İqor Seçin bildirib.

O, “qara qızıl”ın hazırki qiymətlərini “dramatik” adlandırıb və deyib: “Bu vəziyyətdə investorlar şist neft istehsalına maraq göstərərmi? Mən buna inanmıram”.