XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

21 Mart 2020 - 20:54

ÜST rəhbəri gənclərə müraciət etdi:"Məğlubedilməz olduqlarını düşünməsinlər"

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus böhranı dövründə qayda və məhdudiyyətlərə ciddi əməl olunması üçün gənclərə müraciət edib.

Təşkilatın Baş direktoru Tedros Qebreyesus Cenevrə şəhərində keçirilən brifinqdə gənclərə səslənib. O bildirib ki, gənclər heç də məğlubedilməz olduqlarını düşünməsinlər. Baxmayaraq ki, bu virus yaşlı nəsil üçün böyük təhlükə mənbəyidir, o, eyni zamanda gənclərdən də yan keçmir: “Bu virus həftələrlə xəstəxana şəraitində qalmağa və hətta sizin ölümünüzə aparıb çıxara bilər”.

ÜST rəhbəri qeyd edib ki, buna görə ölkəsinə və yaş kateqoriyasına baxmayaraq, bütün insanlar koronavirusa qarşı mübarizədə həmrəylik göstərməli, rəsmi qurumların çağırışlarını ciddi qəbul etməli və evdə qalmalıdırlar(azərtac).