XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2020 - 23:16

Dezinfeksiya məqsədilə paytaxt küçələri yuyulacaq –BŞİH açıqlama yaydı

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.