Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatıb.
Strateq.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
O bildirib ki, son 24 saat ərzində bu virusdan daha 12 nəfər ölüb: “Son 24 saatda 2953 şəxs koronavirus testindən keçib, onlardan 277-nin cavabı müsbət çıxıb. Bununla da virus daşıyıcılarının sayı 947-yə çatıb”.