XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2020 - 16:00

Ayətullah Xamnəi:“ABŞ rəsmiləri şarlatan və terrorçudurlar”

“ABŞ rəsmiləri şarlatan və terrorçudurlar”.

Strateq.az “Təsnim”-ə istinadla xəbər verir ki, bunu İranın ali dini rəhbəri Ayətullah Xamnəi bildirib.

Noruz bayramı münasibəti ilə bu gün TV-də çıxış edən Xamnəi deyib ki, İslam Respublikasının düşmənləri arasında Amerika ən qəddar düşməndir. “Çünki onun vəzifəli şəxsləri hər cür pis əxlaqa, o cümlədən yalan, xəsislik, küfr və s. sahibdirlər”.

Dini liderin sözlərinə görə, şəxsi və sosial azadlıq  kimi anlayışları özündə birləşdirən İslam dəyərləri sistemi İslam Peyğəmbərinin təbliğ etdiyi həqiqətlərin vacib bir hissəsidir. “İnsanlar bu dəyərləri, onun həqiqi mənalarını dərk edib tətbiq etsələr, həyatı düzgün başa düşəcəklər”.

Ayətullah Əli Xamnəi əlavə edib: “Bəzi insanlar azadlıq və sosial ədalət kimi anlayışların Qərb mənşəli olduğunu düşünür, ancaq Qərb bu anlayışlarla yalnız bir neçə əsrdir ki tanış olub. İslam isə 1400 il əvvəl bu anlayışları bəşəriyyətə hədiyyə edib. Qərblilərin vicdansız davranışlarının əksinə olaraq, onlar mümkün olduğu yerlərdə önə çıxıb”.

Qeyd edək ki, Ayətullah Əli Xamnəi hər il hicri-şəmsi tarixlə Yeni ilin ilk günündə müqəddəs İmam Rza məqbərəsində xüsusi mərasimdə çıxış edib, amma bu dəfə koronavirusa görə Məşhəddə ənənəvi tədbir keçirilməyib.

Ayətullah Xamnəi qlobal epidemiya məsələsinə də toxunaraq, bəzi ölkələrin yoluxmanın miqyası və tələfat barədə həqiqətləri gizlətdiyini söyləyib.

“Burada səbir etmək, xalqın həyatını qorumaq və bu təhlükəli xəstəliyə nəzarət etmək üçün məsuliyyət daşıyan orqanların göstəriş və tövsiyələrinə əməl etmək düzgün və müdrik davranış deməkdir”.

İslam Respublikasının rəhbəri ABŞ rəsmilərinin İrana tibbi yardım göndərməyə hazır olduqları barədə dəfələrlə təkrarlanan bəyanatlara münasibət bildirib. “Amerikalıların özü virusun istehsalında ittiham olunurlar. Əlbəttə, bu ittihamın nə dərəcədə doğru olduğunu bilmirik, amma hansı müdrik insan belə bir ölkədən yardım alar!? Epidemiya dövründə ABŞ düşmənçiliyini daha artırıb, buna görə də, onun çağırşı qəbuledilməzdir”.