XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2020 - 17:21

Türkiyədə yaşlılara küçəyə çıxma qadağası:evdən gəzməyə çıxan yaşı 65-dən yuxarı olanlar cərimələnəcək

Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara evdən küçəyə çıxmağa qoyulan qadağa bu gündən tətbiq olunmağa başlanıb.

Türkiyənin Daxili İşlər Nazirliyinin 81 rayon  valilərinə göndərdiyi təlimatda qeyd olunub ki, qadağaya əməl etməyənlər  3 min 150 lirə cərimə ödəyəcəklər və Türkiyə Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edək ki, dünən gecə yerli vaxtla 01.00-dan Türkiyədə yeni tip koronavirusa  (COVİD-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlər və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxması, park, bağça kimi açıq məkanlarda gəzmələri məhdudlaşdırılıb.

Ancaq dövlət sektorunda və bələdiyyələrdə xidmətlərinə zəruri ehtiyac olanlara bu qadağa tətbiq olunmayacaq. Bu sıraya həkimlər, bələdiyyə sədrləri, dövlət qurumlarının yerli orqanlarının rəhbərləri, sosial xidmət sahələrində çalışanlar, apteklərdə işləyənlər daxil deyil. /APA