XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 12:40

“Sədərək” firması Koronavirusla Mübarizəyə Dəstək Fonduna yüz min manat vəsait ayırıb

“Sədərək” firması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq yüz min manat vəsait ayrılmasına qərara verib.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması daim ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi olaraq son aylarda dünyada demək olar ki, bütün ölkələrdə yayılan yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə AzərbaycandaKoronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. “Sədərək” firması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq yüz min manat vəsait ayrılmasına qərar verib.

Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır. Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Sədərək” Firması Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə gündəlik olaraq firmanın bütün ərazisində olan binalarda, dükan və ofislərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, avtomobillərin saxlama yerlərində və digər yerlərdə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və dərmanlanma işləri aparılır.

“Sədərək” Firması hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.