XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Mart 2020 - 20:44

Sergey Şoyqu Suriyaya səfər edib –Putinin tapşırığı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin tapşırığı ilə Suriyaya işgüzar səfər edib.

Strateq.az “Kommersant”-a istinadla xəbər verir ki, Şoyqu Suriya prezident Bəşər Əsədlə danışıqlar aparıb.

Rusiya Müdafiə Nazirliyindən bildirilib: “Danışıqlar zamanı tərəflər İdlib de-eskalasiya zonasında hərbi əməliyyatların dayandırılmasını təmin etmək, Suriyanın digər bölgələrində vəziyyətin sabitləşdirilməsi, habelə beynəlxalq terror qruplaşmalarına qarşı birgə mübarizə çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər Qərb ölkələrinin sanksiyalarından əziyyət çəkən Suriya əhalisinə Rusiyanın humanitar yardımı həmçinin Rusiya mütəxəssislərinin köməyi ilə Suriya iqtisadiyyatının bərpası mövzusunda müzakirələr aparıblar.

Sonuncu dəfə Sergey Şoyqu 19 mart 2019-cu il tarixdə Dəməşqdə olub.