Almaniya kansleri Angela Merkel karantin rejimində olduğundan evdən işləyir.
Strateq.az “Bild”-ə istinadla xəbər verir ki, 65 yaşlı hökumət başçısı koronavirusa üçün müsbət test verən bir həkimlə ünsiyyətdə olub. Ancaq epidemiyaya yoluxmada Merkelin ilk testi mənfi nəticə verib.
Bu barədə federal hökumətin mətbuat katibliyi məlumat yayıb.
Tam təhlükəsizlik üçün yaxın günlərdə Angela Merkel növbəti testdən keçəcək.
Xanım Merkel ötən Cümə günü peyvənd məqsədi ilə həkim qəbuluna gedib, daha sonra həkimin infeksiyaya yoluxduğu bilinib.