XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Mart 2020 - 00:33

Səhiyyə naziri gənclərə səsləndi: "Türkiyədə son 24 saat ərzində daha 293 nəfər koronavirusa yoluxub"

Koronavirus Türkiyədə sürətlə yayılır.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca sosial şəbəkədəki hesabında məlumat yayıb.

O bildirib ki,  Türkiyədə son 24 saat ərzində 7 nəfər ölüb, daha 293 nəfər koronavirusa yoluxub: “Bu gün 3672 nəfərin üzərində testin nəticəsi bəlli oldu. Daha 293 nəfərin koronavirusa yoluxması təsdiqləndi. Çabalarımıza rəğmən, 7 nəfəri itirdik. Bununla da Türkiyədə yeni tip koronavirüs səbəbindən ölənlərin sayı 37-yə, yoluxanların sayı isə 1529-a çatdı”.

Nazir paylaşımında gənclərə də səslənib: “Yoluxmanın xaricində deyilsiniz. Həyatınızı yavaşladın. Riskə girməyin. Riski evinizə daşımayın. Evdə qalın. Həyat evə sığar”.

Strateq.az