XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 12:24

“Virusdan ölənlərin ümumi sayı 860 nəfərdir” –Fransanın Səhiyyə naziri son vəziyyəti açıqladı

Fransada son sutka ərzində 186 nəfər koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən dünyasını dəyişib. Ölkədə bu virusdan ölənlərin ümumi sayı 860 nəfərdir.

TASS xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran mətbuat konfransında deyib.

“Ümumilikdə koronavirusa yoluxanların sayı 19856 nəfərdir, 860 nəfər ölüb, ümumilikdə 8675 nəfər xəstəxanaya yerləşdirilib, 2082 nəfər reanimasiyadadır”, – nazir belə deyib/APA.