“Cinlərlə mübarizə şöbəsi yaratmamışıq”.
Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi qurumun nəzdində guya “cinlərlə əks-mübarizə” bölməsinin yaradılması iddiasını təkzib edib.
Bu barədə açıqlamanı kəşfiyyat naziri Seyyid Mahmud Ələvinin ofisindəki məlumatlı bir mənbə verib.
O, əlavə edib ki, bu iddia bir xəbər agentliyi vasitəsi ilə yaradılıb və sonradan internetdə müzakirəyə çıxarılıb.
İranın Ali Rəhbəri Ayətullah Əli Xamnəi martın 22-dəki çıxışında Quran ayəsini təfsir edərkən “Peyğəmbərlərin düşmənləri arasında həm ins, həm də cins olub” cümləsini işlədib.
Montaj edilmiş həmin hissə “İranın həm insan, həm də cin olan düşmənləri var” şəklində paylaşılıb.
Halbuki çıxışın İran mediasında dərc olunmuş tam mətnində belə bir ifadə əsla yoxdur.