“Marneuli sakinləri koronavirus testindən keçirilir. Bu vaxta qədər virusa yoluxma halı aşkarlanmayıb”.
Bu barədə rayonun icra başçısı Zaur Darğallı jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, banklarda insanların toplaşması müşahidə olunur, lakin sosial məsafə təmin edilir.
Z.Darğallı Marneulidə məlumatlandırma kanpaniyasının davam etdirildiyini söyləyib: “Məlumatlandırma Azərbaycan dilində də həyata keçirilir. Sakinlərə qəzetlər və vərəqələr paylanılır”/Report.