XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2020 - 21:22

Çin əcnəbilərin ölkəyə girişini məhdudlaşdırır- Bu tarixdən

Çin Xalq Respublikası hökuməti xaricdən ölkəyə yeni növ koronavirus (COVID-19) infeksiyasının axınının qarşısını almaq üçün əcnəbilərin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırmaq barədə qərar qəbul edib.

Qərara əsasən martın 28-dən etibarən qüvvədə olan vizası və yaşayış icazəsi olan bütün əcnəbilərin Çinə girişinə icazə verilməyəcək.

Çin Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Administrasiyasının birgə yaydığı məlumatda deyilir ki, vacib iqtisadi-ticari, elmi, habelə təcili humanitar səbəblər üçün Çinə səfər etmək istəyənlər Çinin xaricdəki səfirlik və konsulluqlarına viza üçün müraciət edə bilərlər.

Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına yoluxma hallarını çoxalması hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirməyə vadar edib. Ötən gün Çinə xaricdən gələnlər arasında 67 nəfərin virus daşıyıcısı olduğu aşkarlanıb. Ümumilikdə isə xaricdən gələn 541 nəfərin COVID-19 xəstəsi olduğu müəyyən edilib(azərtac).