XƏBƏR LENTİ

01 Aprel 2020

Digər Xəbərlər

26 Mart 2020 - 23:56

Türkiyənin təhsil sistemində dəyişikliklər edilib- Koronavirusla bağlı

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyənin təhsil sistemində bəzi dəyişikliklər edilib.

Bu barədə ölkənin Ali Təhsil Komitəsi tərəfindən bir sıra qərarlar qəbul edilib.

Bu qərarlara əsasən, ölkədə yaz ayları üzrə təlim-tədris prosesi yalnız distant, açıq və rəqəmsal təhsil çərçivəsində davam etdiriləcək. Qəbul olunmuş qərar Türkiyənin bütün təhsil müəssisələri üçün nəzərdə tutulur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının da vaxtı bir ay müddətinə təxirə salınıb.

Qeyd edək ki, bu qərarlar ölkədə təhsil alan bütün xarici vətəndaşlara, o cümlədən azərbaycanlı tələbələrə də şamil olunur(azərtac).