XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2020 - 12:35

Karantin rejiminə riayət etməyən yaşlılar cərimə olunur –Ölkəboyu nəzarət artırılıb + FOTOLAR

Bakıda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Strateq.az DİN-ə istinadla xəbər verir ki, polis bu gündən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb.

Belə ki, rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Astara rayonunda da davam etdirilir.

Bu məqsədilə Astara RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.

Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb.