Rusiya Müdafiə Nazirliyinin 2016-cı il üçün xərcləri 5 faiz azaldılıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Müdafiə nazirinin müavini Tatyana Şevtsova məlumat verib.
Nazir müavininin sözlərinə görə, ixisar əsasən silahlanmaya dair dövlət proqramını əhatə edəcək.
Qeyd edək ki, Rusiya KİV-ləri ölkədəki iqtisadi durumla bağlı hərbi xərclərin azaldılacığını hələ bir müddət əvvəldən xəbər vermişdilər.