XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2020 - 15:23

Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara təkrar müraciət etdi:"Müddət avtomatik uzadılıb"

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınıb, olma müddəti 16 mart-30 aprel tarixləri aralığında bitən ( və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilib.

DMX-dən Strateq.az-a verilən məlumata görə, Xidmət tərəfindən olma müddəti 16 martdan 31 mart 2020-ci il tarixədək şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib.

Bildirilib ki, müvəqqəti olma müddəti 30 aprel 2020-ci il tarixinədək olan şəxslərlə bağlı isə Dövlət Miqrasiya Xidməti tərəfindən mərhələli qaydada qərarlar qəbul olunacaq:

“Bununla bağlı məlumatlar qısa müddət ərzində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.

Bir daha qeyd edirik ki, qəbul edilmiş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq internet saytmızda (https://eservice.migration.gov.az/public/payments-search ) yerləşdirilmişdir)”.