XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2020 - 21:18

Türkiyədə daha 1704 nəfər koronavirusa yoluxdu –108 nəfər isə vəfat edib

Son sutka ərzində Türkiyədə koronavirusa yoluxanların sayı 1,7 min nəfəri ötüb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkədə daha 16 nəfər koronavirusun qurbanı olub.

“Son 24 saat ərzində 7 641 test edilib və 1 704 yeni yoluxma qeydə alınıb. 16 xəstə öldü. İndi ölənlərin ümumi sayı 108 nəfərə çatdı, xəstələr – 7 402 nəfərdir”, – nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazirin sözlərinə görə, koronavirusdan sağalan xəstələrin ümumi sayı 70 nəfərdir.

Yeni koronavirus Türkiyədə ilk dəfə martın 10-da yerli sakində aşkar edilib. O, ölkəyə Avropadan qayıdıb/Report