XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

29 Mart 2020 - 10:47

BŞBPİ-dən vətəndaşlara tövsiyə:"Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir"

“Bütövlükdə işin ümumi ahəngi və bizim çağırışlarımız, tövsiyələrimiz ona yönəlib ki, əhali koronavirusa və pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərməli, həmrəylik nümayiş etdirməlidir”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, xüsusi zərurət və ehtiyac olmadıqda vətəndaşların çölə çıxmamaları tövsiyə olunur:

“Vətəndaşlar həmrəylik göstərməklə əslində dövlətə, bu sahədə təşkilatlanmış strukturlara kömək etmiş olurlar ki, bizim də iş yükümüzü azaltmış olurlar. Dünyada baş verənlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə baxdıqda və Azərbaycanla müqayisə etdikdə, ölkəmizdə durum o qədər acınacaqlı deyil. Amma bütövlükdə bu bəşəri bəlanın aradan qalxması və ölkəmizin minimum itkilərlə xilas olması üçün hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir”. /Report