XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

06 Mart 2016 - 17:23

Rusiya səfirliyinə hücum oldu- Kreml nota verdi, cinayət işi başladıldı (VİDEO)

 

bwyc7

Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, on nəfərə yaxın naməlum şəxs səfirliyin binasına basqın edib.

Hadisənin şahidi olan gözətçi hücumçuların ətrafdakı avtomobillərə zərbələr endirdiyini, səfirliyə məxsus 3 avtomobilin şüşələri və güzgülərinin sındığını bildirib. Polis hadisə yerində çəkic də tapıb. 

Fakt üzrə «xuliqanlıq» maddəsi üzrə cinayət işi başladılıb. Bu maddə üzrə təqsiri sübut olunan şəxsləri 4 ilədək həbs cəzası gözləyir. 

Kreml hadisə ilə bağlı Ukraynaya nota göndərib. Rusiya səfirliyinin mətbuat katibi Oleq Qrişin bildirib ki, aksiya əvvəldən planlaşdırılıb və hücuma yaxşı hazırlıq görülüb. 

Hücumun Rusiyada mühakimə olunan ukraynalı Nadejda Savçenkoya 23 il həbs cəzası istənilməsinə etiraz olaraq təşkil edildiyi bildirilir.