XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2015 - 12:48

1-ci Avropa Oyunları üçün Lissabondan Bakıya velosipedlə gəlir

velo.jpg

Portuqaliyalı idmançı 6 min 600 km qət edəcək

1-ci Avropa Oyunlarına diqqət çəkmək üçün Portuqaliyanın Lissabon şəhərindən Bakıya veloyürüş edən portuqaliyalı Jorj Kristavao 13 mayda Türkiyə sərhəddini keçib, bu gün isə İstanbula gəlib.

İdmançı ilk olaraq Türkiyə Milli Olimpiya Komitəsini ziyarət edib. O, Türkiyə Milli Olimpiya Komitəsinin rəsmisi Oktar Tertemiz tərəfindən qarşılanıb.

10 mayda Lissabondan yola çıxan Jorj Kristavao velosipedlə İspaniya, Fransa, Monako, İtaliya, Yunanıstan ərazisindən keçərək Türkiyəyə gəlib. İdmançı ümumilikdə 6 min 600 km yol qət edərək 62 gün davam edən veloyürüşdən sonra 10 iyunda Bakıya çatacaq.

Strateq.az