XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 17:38

Rusiya koronavirusun diaqnostikası üçün Azərbaycana 70 dəst test sistemi verib –Səfirlik

“Rusiya və Azərbaycanın əhalinin sağlamlığını və rifahını qorumaq üçün göstərdiyi səylər, həmçinin koronavirus pandemiyası və onun nəticələrinin aradan qaldırılması üzrə addımların gələcək koordinasiyası bu ümumi yeni çağırışa cavab verilməsində region ölkələrinin kollektiv potensialını gücləndirəcək”.

Bu fikirlər Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda yer alıb.

Məlumatda Rusiyanın Azərbaycanla səhiyyə sahəsində sıx əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb.

Bildirilib ki, iki qonşu dövlətin ərazisində yeni növ koronavirusun yayılması ilə mübarizənin səmərəliliyini artırmaq üçün Rusiya tərəfi mart ayının əvvəlindən etibarən Azərbaycan Səhiyyə Nazirliyinə qarşılıqsız əsaslarla COVID-19-un laboratoriya diaqnostikası üçün 70 dəst test sistemi verib.