XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2016 - 20:46

İran məhkəməsindən şok qərar –14 milyard sərvəti olan azərbaycanlı asılacaq

babek-zencani

İranda məhkəmə əvvəllər neft satışı ilə bağlı korrupsiya fəaliyyəti ittihamı üzrə həbs olunan yerli iş adamı Babək Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib.

Bu barədə İranın məhkəmə hakimiyyəti nümayəndəsinə istinadən İRNA məlumat yayıb.

Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin israf edilməsində müqəssir bilinib(Publika.az).

Xatırladaq ki, Babək Zəncani Türkiyədə yaşayan azərbaycanlı Rza Zərrabın ortağı kimi təqdim edilir. 42 yaşlı Zəncani 14 milyard dollar sərvətlə İranın ən varlı adamı sayılır. Cənubi Azərbaycanın Zəncan şəhərindəndir.