XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2020 - 00:17

“Faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq…” –Mehriban Əliyeva soyqırımından yazdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”dakı rəsmi səhifəsində 31 Mart soyqırımından yazıb.

Strateq.az həmin statusu təqdim edir: “Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur.

Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.