XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2020 - 12:13

Paytaxt polisindən əhaliyə xəbərdarlıq:"Xüsusi karantin rejim qaydlarına əməl edin"

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində polis Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparır:

“Paytax sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar”.