XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2020 - 14:08

Braziliya prezidentinin istefası tələb olunur –Vəsatət

Braziliya Ali Məhkəməsinin hakimi Marko Orelio Mello Braziliya baş prokuroruna müraciət edərək, prezident Jair Bolsonaronın koronavirus böhranı ilə əlaqədar vəzifəsindən kənarlaşdırılması barədə vəsatət qaldırıb.

Strateq.az “Globo”-ya istinadla xəbər verir ki, bu, müxalif millət vəkili Reqinaldo Lopezin dövlət başçısını virusun ölkə üçün təhdid doğurduğuna məhəl qoymaması ittihamından sonra baş verib.

Ali Məhkəmənin vəsatəti Baş Prokurorluqda qəbul edilərsə, təklif Nümayəndələr Palatasına təqdim ediləcək və səsverməyə çıxarılacaq.

Bolsonaronun bir sıra açıqlamaları Braziliya Milli Konqresinin üzvlərində etiraz doğurub və millət vəkilləri onu istefaya çağırıblar.