XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

31 Mart 2020 - 14:44

Yeni doğulan körpədə koronavirus aşkarlandı –İranda

İranın Məşhəd şəhərində yenicə doğulmuş körpəyə COVID-19 diaqnozu qoyulub.

“Mehr” agentliyi xəbər verir ki, bu barədə Məşhəd Tibb Elmləri Universitetinin əməkdaşı, həkim Əhməd Şah Fərhad açıqlama verib.

“Koronavirusa yoluxmaqda şübhəli bilinən bir ananın dünyaya gətirdiyi körpənin testi pozitivi çıxıb. Körpə 900 qram çəkidə doğulub. Uşaq ilk 24 saatda nəfəs çatışmazlığından əziyyət çəksə də, hazırda xüsusi dəstək olmadan nəfəs ala bilir”, – o, bildirib/Report.